“Bu il təxminən 10 min kubmetr (2017-ci ildə 55 min, 2018-ci ildə 28 min, 2019-cu ildə isə 18 min) qanunsuz meşəqırma faktı qeydə alınıb. Bu isə o deməkdir ki, son 3 il ərzində meşələrimizin qanunsuz qırılma həcmi 6 dəfəyə qədər azalıb”.
Yenicag.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
Nazirlik rəsmisi qeyd edib ki, bu sahədə işini düzgün təşkil etməyənlərin işindən uzaqlaşdırılması öz töhfəsini verir:
“Regionlarda yerləşən ərazilərdə baş verən meşə qırıntıları meşə mühafizə əməkdaşlarının iştirakı və ya onların birbaşa, yaxud dolayısı yolla fəaliyyəti, eləcə də fəaliyyətsizliyi ucbatından baş verir. Orada işləyənlər başqa ölkələrdən gələnlər deyil. Əksəriyyəti həmin rayonlarda çalışanlardır. Bu il ərzində həmin şəxslər barədə müvafiq tədbirlər görülüb. Bəziləri vəzifəsindən kənarlaşdırılıb, bəzilərinə də xəbərdarlıq edilib”.
www.yenicag.az