Qanunsuz heyvan kəsiminə qarşı reydlər keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir
kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi
fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət
tədbirlərini davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, nəzarət
tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən Rayon İcra
Hakimiyyətinin və Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə
Qaradağ rayonu, Sahil qəsəbəsində fəaliyyət göstərən məntəqələrdə
keçirilən reydlər zamanı qanunsuz heyvan kəsiminin və ət satışının
həyata keçirildiyi aşkar edilib. Faktlarla bağlı məntəqə
sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz
olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan
bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları
tərəfindən sökülüb.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul
olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və
qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Teqlər: