Qanunsuz heyvan kəsimi məntəqələri söküldü

Qanunsuz heyvan kəsimi məntəqələri söküldü

Sentyabrın 14-15-də Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Şamaxı, Ağcabədi, Goranboy, Tərtər, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub.

AQTA-dan AzerTimes-a verilən məlumata görə, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 4 məntəqədə kəsim qurğuları sökülüb, 6 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Görülən tədbir

Bakı şəhəri, Nərimanov rayonu üzrə

1.

Mirzəyev Vahib Mirzəmməd oğlu

Nərimanov rayonu, A.Məmmədov küçəsi 30

Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb

Bakı şəhəri, Sabunçu rayonu üzrə

2.

Şirəliyev Allahverdi Şirəli oğlu

Yeni Ramana qəsəbəsi

Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb

3.

Vəliyev Mehman Balış oğlu

Yeni Ramana qəsəbəsi

Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb

4.

Musazadə Elmir Əli oğlu

Yeni Ramana qəsəbəsi

Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb

Bakı şəhəri, Səbail rayonu üzrə

5.

Əliyev İlham İsmayıl oğlu

Badamdar qəsəbəsi, N.Paşayev küçəsi

Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb

Abşeron rayonu üzrə

6.

Şükürov Hikmət Yusif oğlu

Saray qəsəbəsi, H.Əliyev prospekti

Qanunsuz metal konstruksiyalar sökülüb

7.

Təhməzov Kənan Azər oğlu

Saray qəsəbəsi, S.Vurğun küçəsi

Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib

8.

Şahverdiyev Şaban Fazil oğlu

Saray qəsəbəsi

Qanunsuz metal konstruksiyalar sökülüb

Şamaxı rayonu üzrə

9.

Mirzəyev Sahib Gülbala oğlu

Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi

Qanunsuz metal konstruksiyalar sökülüb

Ağcabədi rayonu üzrə

10.

Hətəmov Mahir

28 May küçəsi

İnzibati protokol tərtib edilib

11.

Alıyev Ruslan

28 May küçəsi

İnzibati protokol tərtib edilib

Goranboy rayonu üzrə

12.

Allahquliyev Vüsal Rizvan oğlu

Ağcakənd qəsəbəsi

İnzibati protokol tərtib edilib

Tərtər rayonu üzrə

13.

Əsgərov Maarif Salman oğlu

H.Əliyev prospekti, Kalxoz Bazarı

İnzibati protokol tərtib edilib

Xaçmaz rayonu üzrə

14.

Seyidov Zaur Buludxan oğlu

Köhnə Xaçmaz kəndi

Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb

Teqlər: