Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni
silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı
altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə
qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.
AzerTimes xəbər verir
ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər
nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb”, – məlumatda
qeyd edilib.