Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında
Polis İdarəsinin əməkdaşları tərəfindən 21-28 fevral tarixlərində
keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xızı rayonu
akvatoriyasında, Mingəçevir su anbarında və Kür çayında qanunsuz
balıq ovlayan şəxslər saxlanılıb.

Trend xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib
ki, araşdırma zamanı brakonyerlərin Samux rayon sakini Məhərrəm
Əsgərov, Xızı rayon sakini Kamran Qurbanov və Tovuz rayon sakini
Sənan Mirzəyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan
olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı təqsirkar şəxslər
barəsində qanunamüvafiq tədbirlər görülüb.


B.Məhəmmədovun sözlərinə görə, keçirilən nəzarət tədbirləri
zamanı su hövzələrindən ümumilikdə 520 metr uzunluğunda sintetik
tor yığışdırılıb.

Teqlər: