Qanunla qadağan olunsa da, Bakıda məktəblilərə də lotereya satılır (VİDEO)

Son zamanlar Azərbaycanda insanlar arasında lotoreya oyunları
xeyli populyarlaşıb. Qanunla 18 yaşdan kiçik şəxslərə lotereyaların
satışı qadağandır. Təəssüf ki, bəzi işbazlar üçün bunu fərqi
yoxdur.

AzerTimes-ın əməkdaşının apardığı müşahidələr zamanı məlum olub ki,
Yasamal rayonunda Elmlər Akademiyası metrostansiyasının qarşısında
yerləşən satış məntəqəsində 18 yaşdan kiçik olan məktəblilərə də bu
lotereyaların satışı aparılır.

Məsələ ilə bağlı “Azərlotereya” ASC-dən AzerTimes-ın sorğusuna cavab
olaraq bildirildi ki, “Azərlotereya” ASC-ın qaydalarına görə 18 (on
səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda
iştirak edə bilər.

“18 (on səkkiz) yaşına çatmamış şəxslərə lotereya satışı
qadağandır. Əgər satılırsa buna görə məsuliyyəti “Azərlotereya”
deyil, lotereyanı satan şəxs daşıyır”, – deyə qurumdan
bildirildi.


DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə Trend-in soröusuna cavab
olaraq bildirib ki, qanunvericilkdə göstərilib ki, vətəndaşın yaşı
18-dən azdırsa, həmin şəxsə lotereya satışı qadağandır.

“Lotereyanın satışı təşkil olunan ərazilərdə polis əməkdaşları
tərəfindən də bununla bağlı nəzarət-profilaktik tədbirləri həyata
keçirilir, aşkarlanan nöqsanlar aradan qaldırılır. Azyaşlıya
lotereya satan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun
olaraq tədbir görülür”,-deyə qurum rəsmisi bildirib.

Teqlər: