Qanunla qadağan olunmuş mərc oyunlarına güvənmək olmaz – Ekspert

Xəbər - Fərid Zöhrabov – Trend:

Dünyada tanınmış onlayn kazino olan “Pin-Up.bet” saytının oyunçularının şəxsi məlumatları naməlum hakerlər tərəfindən oğurlanıb. Şəxsi məlumatları oğurlananlar arasında azərbaycanlılar da var. Bu oyunların ölkəmizdə qanunla qadağan olunmasına baxmayaraq, bəzi vətəndaşlar bu mərc oyunlarını oynayırlar.

Bu barədə Trend-ə İKT üzrə ekspert Fərid Pərdəşünas məlumat verib.

O bildirib ki, son zamanlar bu tipli mərc oyunlarını oynayanlar artıb. “Pin-Up.bet” saytı ilə bağlı yayılan məlumatlara görə, istifadəçi məlumatlarının sızıntısı baş verib: “Kiber cinayətkarlar müştərilərin maliyyə məlumatlarını, ünvanlarını, doğum tarixlərini, telefon nömrələrini və digər məlumatlarını əldə edə bilib. Ümumiyyətlə, istifadəsi qanunla qadağan olunan bu cür platformalara güvənmək olmaz. Azərbaycanda sosial şəbəkələrdə gedən qeyri-qanuni mərc platformalarına qoyulan pullar son zamanlar geri qayıtmır. Ona görə də bu cür oyunları oynamaq məsləhət deyil”.


Qeyd edək ki, bir sıra ölkələrdə bu platformaya giriş qadağası qoyulsa da, Azərbaycanda bu sayt bloklanmayıb.

Teqlər: