Qanlıgöl ərazisini zibilləyən şəxslər cərimələndi

Xəbər - Samir Əli – Trend:

Noyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Qaradağ rayonunun Lökbatan qəsəbəsi və Yasamal rayonunun Qanlıgöl ərazilərində yük avtomobili ilə məişət və digər qarışıq tullantıların boşaldılaraq qalaqlanması aşkar edilib.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə vətəndaşlar R.Babayev və H.Xudaverdiyev barəsində protokollar tərtib edilib.


Bu istiqamətdə tədbirlər davam etdirilir.

Teqlər: