Qanada yol qəzası azı 5 nəfərin ölümünə səbəb olub

Qananın Akkra-Kumasi şossesində baş verən yol qəzasında azı 5
nəfər həlak olub, daha 7 nəfər isə ağır yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Qana Polis
Xidmətinin Şərq Regional Komandanlığının sözçüsü Ebenezer Tetteh,
bildirib ki, Qananın ikinci ən böyük şəhəri olan Kumasidən paytaxt
Akkraya gedən furqonun bazar ertəsi səhər saatlarında əks
istiqamətdə hərəkət edən yük maşınına çırpılıb.

Bildirilir ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalar aparılır
və nəticə barədə ictimaiyyət məlumatlandıracaq.