Qanada baş verən yol qəzasında 14 nəfər həlak olub

Qananın cənubunda avtomagistralda baş verən yol qəzasında azı 14
nəfər həlak olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli
dövlət qurumları məlumat yayıb.

Bildirilir ki, magistralda miniven və yük avtomobili
toqquşublar. Zərbənin gücündən yanğın başlayıb. Hadisə yerinə
dərhal Yanğınsöndürmə Xidmətinin əməkdaşları cəlb olunub. Alovun
bürüdüyü minivendən 14 nəfərin cəsədi çıxarılıb.

Qəzanın səbəbləri haqqında məlumat verilmir, araşdırmalar davam
etdirilir.

Teqlər: