Qaluzindən Zəngəzur dəhlizi mesajı: Açılırdı, onlar qoymadı!

Qaluzindən Zəngəzur dəhlizi mesajı: Açılırdı, onlar qoymadı!

Avropa Birliyinin Ermənistandakı missiyası regionda vəziyyətə mənfi təsir göstərir və Rusiya, Azərbaycan, İrana qarşı işləyir.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “News.ru” informasiya portalına müsahibəsində deyib.

M.Qaluzin vurğulayıb ki, Avropa missiyası Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə vermir:

“Aİ-nin Ermənistandakı missiyası təxribat xarakterli fəaliyyətlə məşğul olur, Rusiya, Azərbaycan və İran əleyhinə təbliğat aparır və regionun təhlükəsizliyinə töhfə vermir. Missiya Aİ-nin apardığı hibrid müharibədə bir alətdir. Ermənistan, Azərbaycan və regionda maraqlı dövlətlər tərəfindən Aİ missiyasının üzərində nəzarətin olmaması bu faktı təsdiqləyir. Missiya Ermənistan əhalisi arasında Aİ-nin Ermənistan üçün “təhlükəsizlik və firavanlıq mənbəyi” olması kimi yanlış təsəvvür yaradır.

Qərb regionun militarizasiyası, eləcə də burada Aİ və NATO-nun təsirinin artırılması ilə məşğuldur. Bu da Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik və sabitliyin təmin edilməsi məqsədlərinə ziddir”.

Rusiya XİN rəsmisi bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan-Rusiya-Ermənistan baş nazir müavinlərinin işçi qrupunun fəaliyyəti Qərbin təzyiqi nəticəsində dondurulub:

“İşçi qrupunun fəaliyyəti regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına yönəlmişdi. Lakin Qərb Ermənistana təzyiq göstərərək üçtərəfli qrupun fəaliyyətini dondurdu. Bu gün həmin qrupun işinin bərpası vacibdir. Biz nəinki Cənubi Qafqazın nəqliyyat və kommunikasiya sistemini blokdan çıxarmaq, həm də regionda sabit sülhün bərqərar olması üçün işçi qrupunun fəaliyyətini mümkün qədər tez bərpa etməyin zəruri olduğunu düşünürük”.

Teqlər: