Qaluzin türkiyəli səfirlə Cənubi Qafqazı müzakirə etdi

Qaluzin türkiyəli səfirlə Cənubi Qafqazı müzakirə etdi

Rusiyanın xarici işlər nazirinin müavini Qaluzin Türkiyənin Rusiyadakı səfiri Samsar ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Cənubi Qafqazdakı vəziyyət, həmçinin Moskvanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına dair üçtərəfli sazişlərin həyata keçirilməsi müzakirə olunub. Ermənistan-Türkiyə əlaqələrinin bərpası perspektivləri mövzusuna da toxunulub. “3+3” platforması çərçivəsində Cənubi Qafqazda qarşılıqlı fəaliyyətin vacibliyi vurğulanıb. Qarşılıqlı maraq doğuran bir sıra digər mövzular ətrafında fikir mübadiləsi aparılıb”, – məlumatda deyilir.

Teqlər: