Qalustyan: Teraktı törədən qadın erməni olsa, batdıq…

Qalustyan: Teraktı törədən qadın erməni olsa, batdıq…

İstanbulda törədilən terror aktı ilə bağlı maraqlı məlumatlar gəlir. Türkiyə hakimiyyəti qeyd edir ki, terror aktını qadın törədib. Özü də başında hicab olan qadın. Amma deyilənlərə əsasən, hicab düzgen geyilməyibmiş. Bu tip terror aktlarında isə hər xırda detal çox böyük önəm daşıya bilər.

AzerTimes xəbər verir ki, bu sözləri erməni şərhçi Qraçya Qalustyan bölüşüb.

“Son məlumatlara əsasən terror aktını törədən qadın izi itirmək məqsədi ilə özünü müsəlman kimi göstərməyə cəhd edib. Amma hicabı düzgün geyinə bilməyib. İndi bu işin altından erməni çıxsa, bizim üçün çox pis olacaq. Onsuz da bütün dünya hazırda Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiq edir. Bu terrorun arxasında Ermənistan izi olsa, batdıq… Zəngəzur Azərbaycanın nəzarətinə keçəcək”, – deyə o qeyd edib.

Teqlər: