ABŞ mübahisəli “Xarici təsirlərin şəffaflığı” Aktının qəbulu və ölkənin antiqərb dönüşü səbəbindən Gürcüstana yardımına yenidən baxa bilər.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller jurnalistlərə açıqlamasında deyib.
Gürcüstanda baş verən son hadisələr və hakim partiyanın siyasətçilərinin açıq-aşkar qeyri-dost bəyanatlarını nəzərə alaraq, Vaşinqtonun Tiflislə münasibətləri necə davam etdirməyi planlaşdırdığı ilə bağlı suala Miller belə cavab verib:
“Cavab verməkdən çəkinəcəm, çünki hazırda Dövlət Departamentində Gürcüstanla münasibətlərin yenidən müzakirəsi böyük siyasət dəyişiklikləri deməkdir. Söhbət xüsusilə Gürcüstana göstərdiyimiz yardımın həcmindən gedir. Son bir neçə ildə biz, təxminən, 390 milyon dollar vəsait ayırmışıq. İndi buna baxılır. Bu, potensial sanksiyalar, viza məhdudiyyətləridir. Biz bunu iki həftədən az əvvəl elan etmişdik. İndi nə edəcəyimizi, necə və nə vaxt edəcəyimizi araşdırırıq”.