İsrail Müdafiə naziri Yoav Qallant amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qallant Ostinə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın aradan götürüldüyü barədə məlumat verib.
Həmçinin, Qallant Ostinə Qəzzada İsrail qoşunları ilə HƏMAS üzvləri arasında şiddətli atışma barədə danışıb.