İsrailin müdafiə naziri Yoav Qallant Baş nazir Binyamin Netanyahu ilə münaqişədən sonra Tel-Əvivdəki “Kirya” hərbi bazasında keçirilən hərbi kabinetin iclasını tərk edib.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Nəşrin məlumatına görə, Qalant köməkçilərinin görüşə buraxılmamasından narazı olub. Halbuki Netanyahunun köməkçilərinin iclasda iştirakına icazə verilib.
“Mənə işləməyə mane olmağı dayandırın”, – Qallant Netanyahu və milli təhlükəsizlik müşaviri Tsaxi Aneqbiyə acırla səslənərək, iclası tərk edib.
Bildirilib ki, daha sonra Qallant iclasa geri qayıdıb və gizli müşavirədə iştirak edib.