Qallant ABŞ səfərini təxirə saldı – Hücum hazırlanır

Qallant ABŞ səfərini təxirə saldı – Hücum hazırlanır

İsrailin müdafiə nazirinin ABŞ-a səfəri ona görə təxirə salınıb ki, bu ölkənin Nazirlər Kabineti İslam Respublikasının hücumuna cavabla bağlı səsverməyə hazırlaşır və səsverməyə qədər Benyamin Netanyahu Qallantın ABŞ-a getməsini istəmir.

AzerTimes xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Bəzi qeyri-rəsmi məlumatlara görə, Qallantın ABŞ-da olduğu müddətdə İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırır.

Qeyd edək ki, Qallant ABŞ-a ötən gün nəzərdə tutulan səfərini təxirə salıb.

Teqlər: