Qalibafla bağlı video paylaşan jurnalist həbs edildi

Qalibafla bağlı video paylaşan jurnalist həbs edildi

Tanınmış iranlı ictimai fəal və jurnalist Vəhid Əştəri həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, onun həbsinə İran parlamentinin sədri, prezidentliyə namizədliyini irəli sürən Məhəmməd Bagir Qalibaf ilə bağlı yaydığı məlumat olub.

Belə ki, o, Qalibafın qızı və kürəkəninin İstanbulda bahalı mağazalardan etdiyi alış-verişlə bağlı video paylaşıb. Videoda Əştəri sanksiyalara görə xalqı qənaət etməyə çağıran Qalibafın ailəsinin dəbdəbəli həyat tərzi sürdüyünü bildirib.

Jurnalist 1 il 2 ay azadlıqdan məhrum edilib.

Teqlər: