Qalibaf Rubinyanla Sankt-Peterburqda görüşdü

Qalibaf Rubinyanla Sankt-Peterburqda görüşdü

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan İran İslam Şurası Məclisinin (parlament) sədri Məhəmməd Bagir Qalibafla ölkələr arasında münasibətləri müzakirə edib.

AzerTimes xəbər verir ki, görüş Sankt-Peterburqda keçirilən BRİKS Parlament Forumu çərçivəsində baş tutub.

Tərəflər Ermənistan-İran münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər.

Həmsöhbətlər qarşılıqlı maraq doğuran sektorlarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıblar.

Ermənistan-İran parlamentlərarası əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik və sülhlə bağlı məsələlər də müzakirə olunub.

Teqlər: