Qalibaf qonşu ölkələri hədəf aldı

Qalibaf qonşu ölkələri hədəf aldı

İranda bir çox ciddi ictimai problemlərin kökü şərq sərhədindən qaynaqlanır.

AzerTimes xəbər verir ki, bunu İran parlamentinin sədri və prezidentliyə namizəd Məhəmməd Bagir Qalibaf deyib.

O, İranda mövcud olan problemlərə görə qonşu ölkələri ittiham edib:

“Təhlükəsizliyin təmini üçün Pakistan və Əfqanıstanla sərhəddə divar çəkilməlidir”, – Qalibaq bildirib.

Qeyd edək ki, o, bundan əvvəl də oxşar fikirlər səsləndirərək, ölkədə olan qaçqınları, xüsusilə əfqanıstanlı miqrantları ölkədən çıxaracağını deyib.

Teqlər: