İran fələstinlilərə dəstək verəcək.
AzerTimes xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
O, İsraili qırğın törətməkdə günahlandırıb:
“Fələstinlilərə dəstək üçün müsəlman ölkələrin parlament başçıları ilə əlaqə qurmağa, məsləhətləşmələr aparmağa başlanılacaq”.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS-ın İsrailə kütləvi hücumu ilə İsrail-HƏMAS müharibəsi başlayıb.