Belarus və Rusiya iqtisadiyyatı kənardan edilən təzyiqlərə baxmayaraq, çökməyəcək.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Bütün bunların öhdəsindən gələcəyik. Bizim yıxılacağımıza ümid edən və proqnozlaşdıranlar… Bizi heç nə yıxmadı, bəli, asan olmayacaq. Nə vaxt asan idi? Biz dözəcəyik və əlimizdən gələni edəcəyik. Hamımız qalib gələcəyik. Bir az vaxt lazımdır”, – Lukaşenko qeyd edib.