“Qalatasaray”ın matçını azərbaycanlı hakim idarə etsin!

“Qalatasaray”ın matçını azərbaycanlı hakim idarə etsin!

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsveçrə təmsilçisi “Yanq Boys”a 2:3 hesabı ilə məğlub olan Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk komandasının matçına azərbaycanlı hakim təyin edilməsini istəyib.

AzerTimes Report-a istinadən xəbər verir ki, mütəxəssis oyunsonrası mətbuat konfransında almaniyalı hakimin idarəçiliyindən narazılığını bildirib.

“İsveçrə komandasının oyununa Almaniyadan olan hakim təyin edirlər. Bura maşınla gəlib. Bizə də Azərbaycandan hakim təyin etsinlər ki, vəziyyəti bərabərləşdirək”, – deyə O.Buruk vurğulayıb.

Qeyd edək ki, “Qalatasaray”la “Yanq Boys” arasında cavab görüşü avqustun 27-də İstanbulda keçiriləcək.

Teqlər: