Türkiyənin “Qalatasaray” futbol klubuna yeni baş məşqçi təyin olunub.
AzerTimes-ın məlumatına görə, bu barədə mətbuat konfransı zamanı İstanbul klubunun İdarə Heyətinin sədri Burak Elmas bildirib.
B.Elmas qeyd edib ki, komandanın yeni baş məşqçisi ispaniyalı mütəxəssis Domenek Torrent olacaq.
D.Torrent bu vəzifəyə istefaya göndərilən Fatih Terimin əvəzinə gələcək.
Qeyd edək ki, 59 yaşlı Domenek Torrent 2007-2018-ci illərdə “Barselona”, “Bavariya” və “Mançester Siti”də Pep Qvardiolanın köməkçisi olub.
Daha sonra o, Nyu-York Siti və Flamenqoda baş məşqçi vəzifəsində çalışıb.