“Qalatasaray”a kubokda şok zərbə

“Qalatasaray”a kubokda şok zərbə

Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib.

AzerTimes xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Fateh Karagümrük”lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 6-cı dəqiqədə Markos Vinisius Amaral Alves açıb. Matçın yekun nəticəsini 84-cü dəqiqədə Rian Mendes müəyyənləşdirib.

“Fateh Karagümrük” növbəti mərhələdə “Trabzonspor”la, “Beşiktaş” isə “Ankaragücü” ilə qarşılaşacaq.

Teqlər: