“Qalatasaray” və “Fənərbağça” onun üçün yarışa girdi

“Qalatasaray” və “Fənərbağça” onun üçün yarışa girdi

“Qalatasaray” və “Fənərbağça” “Milan”ın formasını geyinən fransalı ulduz Kristofer Nkunku üçün rəsmi danışıqlara başlayıb.

AzerTimes Teleqraf-a istinadən xəbər verir ki, “Milan” mövsümün əvvəlində “Çelsi”dən 37 milyon avro qarşılığında transfer etdiyi 28 yaşlı hücumçu üçün 35 milyon avro tələb edir.

Həmçinin, Premyer Liqa klubları və “Yuventus” Nkunkunu izləsə də, indiyədək ən konkret təkliflər “Qalatasaray” və “Fənərbağça”dan gəlib.

Qeyd edək ki, futbola PSJ-nin akademiyasında başlayan Nkunku daha sonra “Leypsiq”, “Çelsi” və “Milan” formalarını geyinib. O, 2022–2023 mövsümündə Bundesliqada bombardir olub və “İlin futbolçusu” mükafatını qazanıb.

Əlavə edək ki, Super Liqanın ilk yarısını “Qalatasaray” 42 xalla lider, “Fənərbağça” isə 39 xalla ikinci pillədə başa vurub.

Teqlər: