Türkiyə Superliqasında XXI turun oyunları davam edir.
AzerTimes xəbər verir ki, turun mərkəzi qardaşlaşması “Trabzonspor”la “Qalatasaray” komandaları arasında olub.
Gərgin keçən matç İstanbul nəhənginin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyunlarında heç-heçə qeydə alınıb. “Sivasspor” “Qaziantep”lə 2:2, “Konyaspor” “Antalyaspor”la 1:1 və “Fənərbağça” evdə “Samsunspor”la 1:1 hesablı bərabərliyə imza atıb. Tura yanvarın 22-də keçiriləcək “Kayserispor” – “İstanbulspor” görüşü ilə yekun vurulacaq.
Qeyd edək ki, turnir cədvəlinə 54 xalla “Fənərbağça” başçılıq edir. Eyni xala malik “Qalatasaray” 2-ci, “Trabzonspor” 37 xalla 3-cü, “Beşiktaş” isə 35 xalla dördüncü pillədə qərarlaşıb.