Türkiyənin “Qalatasaray” klubu argentinalı futbolçu Mauro İkardini birdəfəlik transfer edib.
AzerTimes klubun rəsmi saytına istinadən xəbər verir ki, “cim-bom” 30 yaşlı hücumçunun keçidi üçün Fransanın PSJ komandasına 10 milyon avro ödəyəcək.
Qeyd edək ki, Mauro İkardi ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirib. O, meydana çıxdığı 24 matçda 22 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.