Türkiyə Futbol Federasiyası (TTF) ötən il dekabrın 29-da baş tutmalı olan “Qalatasaray”-“Fənərbağça” arasında Superkubok oyununun ləğv edilməsinə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsir göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, TFF rəsmi saytında məsələ ilə bağlı izahat yayıb.
“Superkubok oyununun Ər-Riyadda keçirilməsi təklifi iki klub tərəfindən bəyənilib və imzalanıb. Öz növbəsində, prezidentimizin oyunun ləğvi prosesində hər hansı formada iştirak etməsi ilə bağlı bütün iddialar əsassızdır”, – deyə TTF-nin bəyanatda bildirilir.
Xatırladaq ki, klublar matçdan əvvəl Türkiyə himninin səsləndirilməsini, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portretinin asılmasını istəyirdilər. Bundan əlavə, Türkiyə Cümhuriyyətinin ildönümü üçün komandalar Atatürkün təsviri olan köynəklər geyinəcəkdilər. Bu tələblər Səudiyyə rəsmiləri tərəfindən tamamilə rədd edilib. Bu vəziyyəti nəzərə alaraq “Qalatasaray” və “Fənərbağça” meydana çıxmayıb.