Türkiyənin “Qalatasaray” klubunun fransalı futbolçusu Saşa Boeyin Almaniyanın “Bavariya” klubuna keçidi rəsmiləşib.
AzerTimes xəbər verir ki, bu barədə “Qalatasaray”ın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Münhen klubu 23 yaşlı cinah müdafiəçisi üçün 30 milyon avro ödəyib.
Boey “Bavariya” ilə 2028-ci ilin yayınadək müqavilə imzalayıb.
Qeyd edək ki, fransalı oyunçu 2021-ci ildən “Qalatasaray”da çıxış edib.