Türkiyə Superliqasının IX turu çərçivəsində “Antalyaspor” öz meydanında “Qalatasaray”ı qəbul edib.
AzerTimes xəbər verir ki, qarşılaşma qonaqların 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara Mauro İkardi və Viktor Osimhen imza atıb.
Bu nəticədən sonra “Qalatasaray” 25 xalla turnir cədvəlinə başçılıq edir. “Cimbom”un ən yaxın izləyicisi ehtiyatında bir oyun olan “Samsunspor”dur – 18 xal.
“Antalyaspor” isə IX tura cəmi səkkiz xal toplaya bilib.