Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.
AzerTimes xəbər veir ki, “Beşiktaş” “Qalatasaray”ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 18-ci dəqiqədə “sarı-qırmızılılar”dan Mauro İkardi açıb. 28-ci dəqiqədə “qara qartallar”ın hücumçusu Cenk Tosun tarazlığı bərpa edib. Matçda son nöqtəni də İkardi qoyub. 59-cu dəqiqədə fərqlənən argentinalı forvard komandasına vacib qələbə qazandırıb.
Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Qalatasaray” 2-ci pilləyə yüksəlib. 22 xalı olan “Beşiktaş” 5-cidir.