Futbol üzrə UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab
görüşləri çərçivəsində Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İspaniyanın “Barselona” klubunu qəbul edib.
Trend xəbər verir ki, matçda hesabı 28-ci dəqiqədə meydan
sahibləri açıb. Markao künc zərbəsindən sonra başla topu qapıdan
keçirib. Qarşılaşmanın 37-ci dəqiqəsində Pedri hesabı
bərabərləşdirib. Görüşdə son nöqtəni isə 50-ci dəqiqədə Pyer-Emerik
Obameyanq qoyub.
“Nou Kamp” dakı görüşdə qapılara qol vurulmadığından, bu nəticə “Barselona”nı dörddəbir finala daşıyıb.