Türkiyənin İstanbul şəhərindəki tarixi Qalata qülləsi Azərbaycanın Dövlət Bayrağı və xarıbülbül rəsmləri ilə işıqlandırılıb.
AzerTimes xəbər verir ki, işıqlandırma mərasimi Azərbaycanın Zəfər Gününün 4-cü ildönümü və Dövlət Bayrağı Günü münasibətilə baş tutub.
İşıqlandırılma Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və Türkiyənin bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.