İsrail HƏMAS hərəkatını tamamilə məhv etməyə, həmçinin Qəzza zolağında saxlanılan bütün girovları azad etməyə borcludur.
AzerTimes xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
“Qəzzada HƏMAS-ı məhv etmək, eləcə də girovları qaytarmaq öhdəliyimiz var, biz bu iki şey üzərində işləyirik və bu iki amilin həyata keçirilməsinə sadiqəm”,- o bildirib.
Eyni zamanda, Qalant etiraf edib ki, bu məqsədlərə nail olmaq daha uzun çəkə bilər:
“Nə qədər vaxt aparsa da, biz bu tapşırığı yerinə yetirməliyik”.