Qahirədə yekun bəyanat olmayacaq – Səbəb

Qahirədə yekun bəyanat olmayacaq – Səbəb

Fələstinlə bağlı Qahirə sammitinin iştirakçıları ərəb və Avropa nümayəndə heyətləri arasında fikir ayrılığına görə yekun bəyanat qəbul etməyəcəklər.

AzerTimes xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalının məlumatında bildirilib.

Telekanalın mənbəsinin sözlərinə görə, ərəb və Avropa nümayəndə heyətləri arasında “İsrailin özünümüdafiə hüququ” ifadəsi və HƏMAS hərəkatının pislənməsi məsələsi ətrafında fikir ayrılığı yaranıb.

Qeyd edək ki, Misirin paytaxtı Qahirədə 30-dan çox dövlət və bir sıra beynəlxalq və regional təşkilatların iştirakı ilə Sülh naminə Qahirə Sammiti keçirilir.

Teqlər: