Qahirədə Qəzzada atəşkəs planı təklif edildi

Qahirədə Qəzzada atəşkəs planı təklif edildi

Qahirədə Misir və Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında aparılan danışıqlardan sonra üçmərhələli atəşkəs təklifi hazırlanıb.

AzerTimes xəbər verir ki, bu barədə “Əl-Cəzirə” öz mənbələrinə istinadən məlumat yayıb.

Vasitəçilərin təklif etdiyi atəşkəs planının şərtlərinə görə, yerindən didərgin salınmış mülki insanlar Qəzza zolağının şimalına geri qaytarılır, İsrail Rəşid və Səlahəddin prospektlərini açır və qüvvələrini bu prospektlərin 500 metr uzaqlığına yerləşdirir, Qəzzanın şimalı da daxil olmaqla, Qəzza zolağına gündə 500 yardım daşıyan yük maşınının girməsinə imkan verilir.

Təklif ilk mərhələdə 900 fələstinli məhkumun azad edilməsini nəzərdə tutur. Bunların 100 nəfərini ömürlük həbs cəzası almış insanlar təşkil edəcək. İkinci mərhələdə bütün israilli məhkumlar azad ediləcək və dayanıqlı sabitliyə qayıtmaq üçün danışıqlar axıradək davam etdiriləcək.

Yayılan məlumatda planın üçüncü mərhələsindən bəhs edilməyib.

Teqlər: