Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronk sosial şəbəkədə yazıb.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə “cari çağırışlar üzrə ekskursa görə” təşəkkürünü bildirən Pronk AB-nin əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu diqqətə çatdırıb:
“Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb. AB əməkdaşlığı dərinləşdirməyə və sülh səylərini dəstəkləməyə davam etməyə hazırdır”.