Azərbaycan Prezidenti İlham Əliyev geniş müsahibə verib. Müsahibədə olduqca maraqlı məqamlar var. Xüsusilə də Ermənistan və Fransa haqqında.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Fransa hazırda Ermənistanı silahlandıran, ruhlandıran, bu ölkəyə hərbi təlim keçirən və onu yeni müharibəyə hazırlayan ölkədir. Prezident Əliyevin bu sözlərini dinləməyə dəyər. Əslində bu o deməkdir ki, Ermənistan indi Fransanın müttəfiqinə çevrilib, Fransa isə Rusiyanın düşmənidir. Buna gözümüzü yuma bilmərik. Əks halda Ermənistan ikinci kiçik Ukraynaya çevriləcək. Bakı bu yaxınlarda fransız casusunu həbs etdi. Eyni zamanda, hər iki ölkə bir-birinin bir neçə diplomatını ölkədən çıxarıb. Azərbaycan getdikcə daha çox Rusiyanın təkcə dostuna deyil, həm də əslində müttəfiqinə çevrilir”, – o bildirib.
Markov onu da qeyd edib ki, Azərbaycan Prezidentindən sonra Amerikanın “Voll Strit Jurnal” qəzeti də Fransaya zərbə vurur:
“Qəzet Fransanın niyə Afrikadan qovulmasına dair böyük bir araşdırma aparıb. Səbəblərdən biri şəxsən Makrondur, onun hər çıxışı sadəcə olaraq fəlakətli nəticələr verir. Makron uğursuz və təkəbbürlə zarafat edir. Makron və Fransa yalançı hesab olunur. Makron hər zaman demokratiyadan danışır və eyni zamanda açıq-aydın çox antidemokratik və korrupsioner siyasi liderləri dəstəkləyir. Ümumiyyətlə, Makron Fransanı böyük Rusiyanın düşməninə çevirdi, Afrikada özünü biabır etdi və indi də Ermənistan vasitəsilə Qafqaza soxulur. Yaxşı ki, Qafqazda Makronun ağzından vuran var”.