Biz Azərbaycan və Ermənistan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam edirik.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.
“Biz iki ölkəni ABŞ-da və ya başqa ölkədə bu danışıqlarda iştirak etməyə təşviq edirik və bu siyasəti davam etdirəcəyik”, – M.Miller vurğulayıb.
Qeyd edək ki, rəsmi Bakı 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində baş tutmalı olan görüşdən ABŞ-ın qeyri-adekvat addımlarına görə imtina edib.