Qafqaz yeni mərhələyə qədəm qoyur: Ya sülh, ya da…

Qafqaz yeni mərhələyə qədəm qoyur: Ya sülh, ya da…

Ermənistanın “TIR şousu” bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlib. Dünən gecə və bu gün səhər Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması bunu bir daha təsdiq edir.

AzerTimes xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

Millət vəkilinin sözlərinə görə, bir sıra beynəlxalq qurumların Laçın yolu ilə bağlı qərəzli mövqələri və açıqlamaları Qafqazda sülhə deyil, gərginliyin artmasına xidmət edir. Hər vəchlə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçıran İrəvan isə çoxdan itirilmiş geosiyası mövqelərinin bərpasına çalışsada artıq bölgədə dəyişilməsi mümkün olmayan yeni düzən formalaşıb:

“Beləcə, Qafqaz yeni mərhələyə qədəm qoyur: ya tezliklə ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını özündə ehtiva edən sülh müqaviləsinin bağlanması, ya da ziddiyyətlərin dərinləşməsi. Birinci variant bölgənin iqtisadi inkişafı baxımdan da vacibdir. Regionun inkişafı dayanıqlı sülhün əldə edilməsindən və kommunikasiyaların yenidən bərpasından keçir. İrəvanın başqa alternativlər axtarmağa çalışması isə Ermənistanın özü üçün yeni problemlər yaradacaq. Bunu daha tez anlamaq İrəvanın özü üçün lazımdır”.

Teqlər: