“Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimlərinin
qaydaları müəyyən edilir.
AzerTimes-ın
məlumatına görə, “Azərbaycan, Türkiyə və Gürcüstan arasında “Qafqaz
Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma
Memorandurumunun qüvvəyə minmə, qüvvədə olma müddəti dəyişikliklər
və ləğvetmə proseduru müəyyən olub.
“Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti
və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı
qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi
haqqında” qanun layihəsinə əsasən, tərəflər Anlaşma Memorandumunun
qüvvəyə minməsi üçün dövlətdaxili hüquqi prosedurların başa çatması
barədə depozitariyə yazılı olaraq məlumat verir.
Bu Anlaşma Memorandumu tərəfləri onun qüvvəyə minməsi üçün
zəruri olan dövlətdaxili hüquqi prosedurlarını tamamladığını
bir-birinə diplomatik kanallar vasitəsilə bildirdikləri sonuncu
yazılı bildirişin alındlğı tarixdən qüvvəyə minir. Anlaşma
Memorandumu bir il müddətinə qüvvədə qalır və tərəflərdən birinin
digərinə Anlaşma Memorandumunun müddətinin bitməsindən 30 gün əvvəl
diplomatik kanallar vasitəsilə onu ləğvetmək niyyəti barədə yazılı
olaraq bildiriş vermədiyi təqdirdə avtomatik olaraq sonrakı 1 illik
müddətinə uzadılır. Bu Anklaşma Memorandumu bildirişin alındığı
tarixdən 30 gün sonra ləğv edilir.