“Qafqaz əsiri”nin “Nina”sı ilk dəfə müharibədən danışdı

“Qafqaz əsiri”nin “Nina”sı ilk dəfə müharibədən danışdı

Mən xeyrin şər üzərində, ağlın axmaqlıq üzərində qələbə çalacağına əminəm.

AzerTimes xəbər verir ki, bu sözləri SSRİ-nin məşhur aktrisası, “Qafqaz əsiri” filmində Nina obrazı ilə yaddaşlarda qalan Natalya Varley rusiyalı jurnalistlərin Rusiyanın Ukraynada başlatdığı müharibə haqda sualını cavablayarkən deyib.

Aktrisa münaqişədə konkret olaraq hansı ölkənin tərəfində olduğunu açıqlamayıb.

Qeyd edək ki, aktrisa bundan öncə də müharibə ilə bağlı hər hansı fikir bildirməmişdi.

Teqlər: