Qafqaz Albaniyası turizm marşrutu üzrə hansı işlər görülür? – AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – Trend:

Qafqaz Albaniyası turizm marşrutu üzrə mühüm turistik
obyektlərin toplanılması, turistik pasportun yaradılması
istiqamətlərində işlər aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm
Agentliyindən bildiriblər.

Qeyd edilib ki, bu işlər çərçivəsində Qarabağda mövcud alban
irsinin araşdırılması da həyata keçirilir:

“Hazırda Qafqaz Albaniyası turizm marşrutu üzrə mühüm turistik
obyektlərin toplanılması, turistik pasportun yaradılması, bələdçi
hazırlığı, Qarabağda mövcud olan alban irsinin araşdırılması və
turizm üçün istifadəsi, eləcə də müxtəlif turistik koridorlar üzrə
bu məzmunda turistik marşrutların yaradılması istiqamətlərində
işlər davam etdirilməkdədir”.


Qeyd edək ki, Qafqaz Albaniyası turizm marşrutu Qafqaz
Albaniyasını araşdıran alimlərin məsləhət və tövsiyələri əsasında
hazırlanır. Alban mədəniyyəti marşrutunun Azərbaycanın 3 əsas
dəhlizini – Bakı-Şəki-Zaqatala, Gəncə-Qazax və Qarabağı əhatə
edəcək.

Twitter:@FaridZohrabov

Teqlər: