Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcək.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.
“Bazar ertəsi xanım Sahibə Qafarova ilə görüşüm oldu. O, sentyabr ayında Kraliça II Elizabetin dəfn mərasimində Azərbaycanı təmsil edib. İndi isə onu şənbə günü Londonda tacqoyma mərasimində qarşılamağı səbirsizliklə gözləyirik”, – səfir bildirib.
Xatırladaq ki, III Çarlzın tacqoyma mərasimi mayın 6-da Londondakı Vestminster abbatlığında keçiriləcək. O, Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.