İranla Ermənistan arasında ticarət dövriyyəsi perspektivdə 3 milyard dollara çata bilər.
AzerTimes xıbır verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan parlamentinin spikeri Alen Simonyanla bu gün İrəvanda keçirdiyi görüşdə bildirib.
İran Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Qafanda konsulluğun açılması ölkənin sərhəddə və ya Ermənistan vasitəsilə tranzit məsələsində maneələrə qarşı olması və regionun inkişafı üçün mühüm siqnaldır.
Tərəflər İranın Qafandakı konsulluğunun ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin inkişafına töhfə verəcəyini bəyan ediblər. Onlar iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması imkanlarından da danışıblar.
Hazırda İranla Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 700 milyon dollara yaxındır.