Zəngəzur rayonunda bu gün Qafan merinin avtomobilini yandırmağa cəhd ediblər.
AzerTimes erməni mediasına istinadla xəbər verir ki, saat 19:30 radələrində Qafan RPŞ ilə əlaqə saxlayan vətəndaşlar Mədəniyyət Evinin və Qafan İcra Hakimiyyətinin yaxınlığında avtomobilin yanması barədə məlumat veriblər.
Yanğınsöndürənlər gələnə kimi vətəndaşlar dayanacaqda dayanmış 055 QQ 55 dövlət nömrə nişanlı “Leksus 570” markalı avtomobilin qarşısındakı yanğını söndürüblər.
Sözügedən avtomobil Qafan şəhərinin meri Gevorq Parsyana xidmət edir, lakin o, Qafanda fəaliyyət göstərən “Noroqshin” MMC-nin balansında qeydiyyatdadır.
Hüquq-mühafizə orqanları avtomobili qəsdən yandırmağa cəhd edilməsindən şübhələnirlər.