Qadınları cinsi istismara məruz qoyan şəxslər həbs edildi

Qadınları cinsi istismara məruz qoyan şəxslər həbs edildi

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə apararaq orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Aynur Fərruxova və Şirin Məmmədova tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, faktla bağlı başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən A.Fərruxova və Ş.Məmmədova Cinayət Məcəlləsinin 144-1.2.1-ci, 144-1.2.2-ci və 144-1.2.4-1-ci maddələri ilə (İnsan alveri) təqsirli bilinərək hər biri üç il müddətinə azadlıqdan məhrum ediliblər.

Teqlər: