Qadınlardan ibarət millimiz Farer adalarını məğlub etdi

Qadınlardan ibarət millimiz Farer adalarını məğlub etdi

Qadınlardan ibarət Azərbaycan millisi Millətlər Liqasının qrup mərhələsinin III turunun oyununda Farer adaları yığmasını məğlub edib.

AzerTimes-ın məlumatına görə, Klaksvik şəhərində gerçəkləşən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin qollarını Kristina Bakarandze və Manə Mollayeva vurublar. Xal ehtiyatını 7-yə çatdıran komanda yer aldığı qrupun vahid lideridir.

Qeyd edək ki, yığma növbəti görüşünü oktyabrın 31-də “Dalğa Arena”da Monteneqroya qarşı keçirəcək.

Teqlər: