Böyük Britaniyanın “The Eve Appeal” təşkilatı qadınlarda rast gəlinin 5 ginekoloji xərçəngin: uşaqlıq boynu, vulva, yumurtalıq, uşaqlıq və s. birləşdirən əsas əlaməti araşdırıb.
AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, təşkilatın direktoru Afina Lamnisosun sözlərinə görə, qadınların 45%-i nadir halda həkimə gedir. Yalnız ciddi qanama olanda və ya menstruasiya bitdikdən, menopauza dövründə qanama olanda həkimə müraciət edirlər.
Qadınlar bu əlamətlər varsa, artıq diqqətli olmalıdırlar: qarın daim köpdür, şişib, böyüyüb; beldə, çanaqda ağrılar; kürəyə yayılan ağrı; bağırsaqların işində pozulma; tualetə tez-tez getmək; intim əlaqə zamanı ağrı; ümumi yorğunluq…
“Uşaqlıq – endometrium xərçəngi menstuasiya arası və menopauz dövründə axıntı, qan, qəhvəyi axıntı ilə xarakterizə olunur. Vulva zamanı qaşıntı, iri şişkinliklər, ləkələr, səpkilər olur. Xoşagəlməz qoxulu, qan izləri olan axıntı, sidiyə getmə zamanı ağrı da vacib siqnaldır. Adətən 33-35 yaşdan sonra qadınlar hər il 2 dəfə diqqətlə yoxlanmalıdır”, – Lamnisos qeyd edib.